Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Türkiyəyə səfər edəcək.
Yenisabah.az xəbər verir ki, İ. Qaribaşvili səfəri çərçivəsində Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Təkbətək görüşdən sonra tərəflər arasında geniş tərkibdə görüş baş tutacaq.
Görüşdən sonra İ.Qaribaşvili və R.T.Ərdoğan mətbuata birgə bəyanatla çıxış edəcəklər. Toyuqlu pizza
Gürcüstan nümayəndə heyətinə hökumət başçısının müavini, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili, Acarıstan hökumətinin başçısı Tornike Rijvadze və digər rəsmi şəxslər daxildir.
Telegram kanalımız