Filippində “Megi” tropik qasırğasının yaratdığı sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 42-yə çatıb.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, fırtınada həyatını itirənlərin sayı 42-yə yüksəlib, 17 mindən çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Megi, 400-dən çox insanın ölümünə və yüz minlərlə insanın evsiz qalmasına səbəb olan “Rai” qasırğasından dörd ay sonra ölkəni bürüyüb. Dünya miqyasında onun təsirlərinə ən həssas ölkələr sırasında olan Filippin hər il orta hesabla 20 fırtınadan təsirlənir. Marqarita pizza
Nəzrin Vahid
Telegram kanalımız