“Qatar Airways”in təyyarəsi Bakıya   TƏCİLİ ENİŞ ETDİ

saytların hazırlanması

Evə çatdırılma

“Qatar Airways”in təyyarəsi Bakıya TƏCİLİ ENİŞ ETDİ

Hadisə

06 İyul 2026 21:51 78


"Qatar Airways" aviaşirkətinə məxsus Doha-Tbilisi marşrutu üzrə uçan QTR253 reysli təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.

Bildirilib ki, hava gəmisinin komandiri təyinat məntəqəsi olan Tbilisidəki əlverişsiz hava şəraiti səbəbindən ehtiyat hava limanına eniş etmək qərarına gəlib. Marqarita pizza

"Airbus A320" tipli təyyarə yerli vaxtla saat 20:23-də Bakıda uğurla eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportu hava gəmisinə müvafiq prosedurlara uyğun xidmət göstərib. Hava şəraiti normallaşdıqdan sonra təyyarə təyinat məntəqəsinə uçuşunu davam etdirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!