Qaxda vətəndaşların 32 min manatını dələduzluqla ələ keçirən şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 38 yaşlı Ədalət Abdullayev saxlanılıb.
O, zərərçəkənlərin etibarından sui-istifadə edərək onları işə düzəltmək, əlilliklə bağlı ev və avtomobil almaqda köməklik göstərmək kimi vədlərlə aldadıb. Bu kimi dələduzluq əməlləri ilə Ə.Abdullayev vətəndaşların 32 min manat pulunu ələ keçirib. Sezar pizza
Faktla bağlı cinayət işi başlanılıb.
Telegram kanalımız