Qazaxda narkokuryerlik edən şəxslər saxlanıldılar - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qazaxda narkokuryerlik edən şəxslər saxlanıldılar - Fotolar

Kriminal

05 Yanvar 2025 14:40 556


Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən 33 yaşlı Müsabi Piriyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ondan 2 kiloqram marixuana aşkarlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Kənan Əhmədov da saxlanılıb. Onun üzərindən 2 kiloqrama yaxın marixuana aşkarlanıb. pizza sifarişi

Saxlanılan şəxslər qazanc əldə etmək məqsədi ilə narkokuryerlik etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!