Qazini “xadimə” təyin edən məmur kimdir? - Deputat şok faktı açıqladı

Qazini “xadimə” təyin edən məmur kimdir? - Deputat şok faktı açıqladı

Sosial Veb saytların hazırlanması

10 Dekabr 2023 14:25 3695


Ali təhsilli, ikinci qrup əlil, çoxsaylı medallarla təltif olunmuş Vətən müharibəsinin iştirakçısı orta məktəbdə xadimə "vəzifə"sinə təyin olunub.

Yenisabah.az xəbər verir ki, bu haqda millət vəkili Fəzail Ağamalıya seçiciləri ilə görüşü zamanı məlumat verilib. 

Bunu millət vəkili Fəzail Ağamalı seçiciləri ilə görüşü zamanı Vətən müharibəsinin iştirakçısının orta məktəbdə xadimə "vəzifə"sinə təyin olunmasına mövqeyini bildirərkən deyib: 

"Dekabrın 9-da Salyan rayonunun Yenikənd inzibati ərazisində seçicilərimlə görüş keçirərkən qeyri - adi məlumatla rastlaşdım.

Vətən müharibəsinin iştirakçısı, çoxsaylı medallarla təltif olunan, ikinci qrup əlil, Salyan rayonunun Kərimbəyli kənd sakini, ali təhsilli, ADPU -nun Psixologiya ixtisası üzrə məzun İbrahim Hüseynov Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağlı kənd 1 saylı tam orta məktəbinə xadimə "vəzifə"sinə təyin olunub. Mənimlə söhbətində dəyərli qazimiz ona utanc verən və bəzi yuxarı sinif şagirdləri tərəfindən gülünc hədəfinə çevrilən, onu çox pis vəziyyətə salan bu işin başqa bir işlə əvəz olunmasını dəfələrlə S.Məsimlidən xahiş etsə də o, müxtəlif bəhanələrlə bundan imtina edib.

Mənim müracətimə də "başqa işim yoxdu" deyə vəzifəsinin mütləq sahibi kimi cavab verdi. İxtisasca iqtisadçı olan təhsildən elementar təsəvvürü olmayandan qazimizə bu cür təhqiramiz münasibət həm də qüsurlu və qəbul edilməz vətandaş mövqeyidir!".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!