Qəbələdə toyda 40 nəfər zəhərləndi 

saytların hazırlanması

Evə çatdırılma

Qəbələdə toyda 40 nəfər zəhərləndi 

Sosial

16 Avqust 2024 10:23 480


Qəbələ rayonunda kütləvi zəhərlənmə olub. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gecə saatlarından etibarən rayonun müxtəlif kəndlərindən olan 40 nəfərə yaxın şəxs zəhərlənmə diaqnozu ilə tibbi xidmətə müraciət edib. 

Onların hamısının dünən eyni şadlıq sarayında keçirilən toyda iştirak etdikləri məlum olub. Xəstəxanaya müraciət edənlər arasında azyaşlılar da var.  pizza sifarişi

İlkin məlumata görə, sakinlər toyda yedikləri qidadan zəhərləniblər. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!