Ərzurum İnkişaf Fondunun (ER-VAK) sədri Erdal Gözəl vefatı ilə Türk Dünyasını kederlendiren Qənirə Paşayevanın adının Ərzurumda əbədiləşdirilməsi üçün çağırış edib.
Yenisabah.az Erzurumekspress.com-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Gözəl Türk Dünyasının 21-ci əsrdəki Tomrisi adlandırılan, Türk dünyasının müstəqilliyi, firavanlığı və qardaşlığı üçün ömrünü həsr etmiş Qənirə Paşayevanın adının Ərzurumda əhəmiyyətli bir yerə verilməsini vurğulayıb. O bildirib ki, bu mərhum millət vəkilinə vəfa borcudur.
İnkişaf Fondunun sədri qeyd edib ki, Qənirə Paşayevanın adının veriləcəyi yerə onun Ərzurum ehramı (bölgəyə aid milli geyim) ilə heykəlinin qoyulması da çox məqsədəuyğun olacaq. Dominos pizza
Erdal Gözəl iki millət bir dövlət deyiminin ucaldılmasında önəmli rolu olan, ömrünü bütün Türk Dünyasına həsr edən igid türk qızı Qənirə Paşayevaya Allahdan rəhmət diləyib və onun adının Turan ölkəsində hər zaman yaşadılacağını bildirib.
Telegram kanalımız