“Qərb aktiv şəkildə Ermənistana arvadbazlıq edir” - Sergey Lavrov

saytların hazırlanması

Evə çatdırılma

“Qərb aktiv şəkildə Ermənistana arvadbazlıq edir” - Sergey Lavrov

Dünya

10 Noyabr 2023 11:57 1606


Ermənistanın Qərb siyasəti rəsmi Moskvanı əməlli-başlı özündən çıxarıb.

KONKRET.az xəbər verir ki, İrəvanın hərəkətlərinə Peskov və Zaxarova səviyyəsində münasibət bildirilsə də, Paşinyanın Rusiyanın əleyhinə apardığı siyasətə bu dəfə xarici işlər naziri Sergey Lavrov reaksiya verib.

Lavrov bildirib ki, Qərb dövlətləri Ermənistana elə-belə qucaq açmırlar. Onlar Ermənistanı Rusiyaya qarşı qoymağa çalışırlar:  pizza hut

“Hazırda Qərb aktiv şəkildə Ermənistana arvadbazlıq edir və Rusiyaya qarşı onunla dostluq etmək istəyir. 

Biz Ermənistanın KTMT-nin üzvü, yaxın müttəfiqimiz, strateji tərəfdaş kimi xarici partnyorlarla münasibətləri necə quracağına təkbaşına qərar verməsinin tərəfdarıyıq. 

Onun xarici tərəfdaşlarının dairəsi ilə bağlı heç bir qərəzimiz yoxdur. Amma həmin əlaqələr Rusiyaya qarşıdırsa, onda bu, bizim maraqlarımıza uyğun deyil”, – deyə Lavrov bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!