“Qərbi Azərbaycana qayıdışımız tarixi ədalətin bərpasında yeni səhifə olacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Qərbi Azərbaycana qayıdışımız tarixi ədalətin bərpasında yeni səhifə olacaq”

Siyasət

01 Noyabr 2023 23:43 617


Azərbaycan atdığı hər bir addımı ilə tarixi ədalətə və beynəlxalq hüquqa söykəndiyini təsdiqləyir və dünyaya belə bir çağırışı ünvanlayır ki, bütün hallarda zəfər çalan ədalət olur. Buna əmin olmaq üçün 30 il davam edən işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqlarına diqqət yetirmək kifayətdir.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, 30 illik işğal dövrünün tarixi Zəfərimizlə əvəzlənməsindən, hazırda bu torpaqlarda yeni həyatın başlanmasından sonra Qərbi Azərbaycana qayıdışın gündəmə gətirilməsi tarixi ədalətin bərpası istiqamətində növbəti addım kimi dəyərləndirilir. Prezident İlham Əliyev bildirmişdir: “Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün  tam haqlı olaraq bu mövzunu  beynəlxalq arenaya çıxarmışıq. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, onların hüququdur. Bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır.  Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Bunu sülh yolu ilə etmək istəyirik. Əminəm ki, buna nail olacağıq. Çünki bu gün ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki,  bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.” Toyuqlu pizza

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin ötən il doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü özündə mühüm çağırışları əks etdirdi. Bir daha təsdiqləndi ki, yolumuz Qərbi Azərbaycanadır. 

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və istəyimizə nail olduq, eyni yanaşmanı Qərbi Azərbaycana qayıdış məsələsində də göstərməliyik. İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” bu gün işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində, həmçinin Qərbi Azərbaycana qayıdış proqramında əksini tapan vəzifələrin uğurlu icrasında özünü nümayiş etdirir. Qərbi Azərbaycana qayıdış haqq-ədalət uğrunda aparılan mübarizənin yeni səhifəsidir. Dövlət başçısı İlham Əliyevin ötən 20 ildə hər bir vədini reallığa çevirməsi, qətiyyətli və prinsipial mövqeyi Qərbi Azərbaycana qayıdışımızın heç də uzaqda olmadığını təsdiqləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!