HƏMAS və İsrail Qəzza zolağında humanitar atəşkəsi bərpa etmək məqsədilə danışıqları davam etdirir.
Yenisabah.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Xarici İşlər Nazirliyi təsdiq edir ki, Fələstin və İsrail tərəfləri arasında atəşkəsi bərpa etmək məqsədi ilə danışıqlar davam edir, - deyə qurumun X sosial şəbəkəsində verdiyi açıqlamada vurğulanır. - Qətər tərəfdaşları ilə birlikdə “ humanitar atəşkəsə gətirib çıxaran səyləri davam etdirməyə sadiqdir və onun bərpası üçün lazım olan hər şeyi edəcək. pizza
Eyni zamanda, Qətər XİN qeyd edib ki, atəşkəs başa çatdıqdan sonra ilk saatlarda İsrail ordusunun Qəzza zolağına hücumu bərpa etməsi münaqişə tərəfləri arasında vasitəçiliyi çətinləşdirir. Nazirlik beynəlxalq ictimaiyyəti döyüşləri dayandırmaq üçün tez hərəkət etməyə çağırıb.
Telegram kanalımız