Qəzza zolağı: İtkilərin ümumi sayı 15 minə yaxınlaşır

saytların hazırlanması

Evə çatdırılma

Qəzza zolağı: İtkilərin ümumi sayı 15 minə yaxınlaşır

Dünya

23 Noyabr 2023 09:50 601


Oktyabrın 7-dən bəri Qəzza zolağında ən azı 14532 nəfər ölüb.

Yenisabah.az Əl-Cəzirə-yə istinadla xəbər verir ki, bu barədə Fələstin anklavının hakimiyyət orqanları məlumat yayıb.

Qurbanlar arasında 6 minə yaxın uşaq və 4 minə yaxın qadın var. Dominos pizza

Qəzza zolağında ən azı 7 min insan itkin düşüb, onların 4,7 mini uşaq və qadınlardır.

Ən azı 35 min adam yaralanıb.

Ölənlər arasında 205 tibb işçisi, 64 jurnalist və 25 yerli mülki müdafiə nümayəndəsi var.

Bombardman nəticəsində anklavdakı binaların ən azı 60%-i zədələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!