İsrail ordusu ilə HƏMAS hərəkatı arasında 4 günlük atəşkəs noyabrın 24-ü saat 7:00-dan etibarən qüvvəyə minib.
Yenisabah.az xəbər verir ki, razılaşma çərçivəsində hər gün Qəzza zolağına humanitar yardım daşıyan 200, yanacaq və məişət qazı olan 4 yük maşını daxil olacaq. Bundan əlavə, HƏMAS İsraillə anklavın cənub hissəsində aviasiya uçuşlarının 4 gün, şimal hissəsində isə altı saatlıq, saat 10:00-dan 16:00-a qədər tam dayandırılması barədə ümumi fikir əldə olunub.
2 gün əvvəl İsrail və HƏMAS Qətərin vasitəçiliyi ilə oktyabrın 7-də münaqişənin kəskinləşməsindən sonra ilk genişmiqyaslı razılaşmaya nail oldular: onlar bir-birinin onlarla girov və məhbusunu dəyişdirmək üçün 4 gün ərzində hərbi əməliyyatları dayandırmağa razılaşdılar. Dominos pizza
İsrailli girovların 13 nəfərdən ibarət ilk dəstəsinin bu gün saat 16:00 radələrində təhvil veriləcəyi bildirilib. Ümumilikdə, “birdən üçə” düsturuna əsasən mübadilə gözlənilir: əksəriyyəti qadın və uşaq olan 150 fələstinli məhbus üçün 50 israilli girov.
Eyni zamanda, HƏMAS atəşkəs razılaşmasına baxmayaraq, batalyonlarının “Fələstin xalqını qorumaq və işğala müqavimət göstərmək üçün tam döyüş hazırlığında” qalacağı ilə hədələyib.
İsrailin müdafiə naziri Yoav Qalantin sözlərinə görə, Qəzza zolağında atəşkəs "qısa fasilə" olacaq, ardınca ən azı iki ay davam edəcək gərgin döyüşlər olacaq.
Telegram kanalımız