Qəzzada daha 3 İsrail əsgəri həlak oldu 

saytların hazırlanması

Evə çatdırılma

Qəzzada daha 3 İsrail əsgəri həlak oldu 

Dünya

27 Dekabr 2023 09:35 474


HƏMAS-a qarşı əməliyyatlarında ölən İsrail hərbçilərinin sayı 161-ə çatıb. 

"Report"un "Yedioth Ahronoth" qəzetinə istinadən verdiyi məlumata görə, Qəzza zolağında gedən döyüşlər zamanı İsrail ordusunun daha 3 əsgəri həlak olub, 5-i isə ağır yaralanıb.

Anklavın mərkəzində döyüşdə 33 yaşlı baş çavuş Maor Lavi, şimalında 26 yaşlı mayor Şay Şamriz və 26 yaşlı kapitan Şaul Qrinqlik öldürülüb. Dördpendirli pizza

Yaralı 5 əsgər ağır vəziyyətdə İsrail xəstəxanalarına aparılıb.

Ordunun mətbuat xidmətinin məlumatına görə, İsrailin Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatına qarşı quru əməliyyatına başladığı gündən həlak olan hərbçilərin sayı 161-ə çatıb.

Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsindən bəri İsrail hərbçiləri arasında qurbanların ümumi sayı 495 nəfər olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!