Qəzzada daha nə qədər insan ölməlidir? - BMT rəsmisindən hiddət

saytların hazırlanması

Evə çatdırılma

Qəzzada daha nə qədər insan ölməlidir? - BMT rəsmisindən hiddət

Dünya

20 Noyabr 2023 09:57 643


Qəzza məktəblərində mülki şəxslərin öldürülməsi və "Əş-Şifa" xəstəxanasının kütləvi şəkildə evakuasiyası beynəlxalq hüquq çərçivəsində mülki şəxslərə verilən əsas müdafiəyə zidd hərəkətlərdir.

Yenisabah.az xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk deyib.

O bildirib: "Beynəlxalq humanitar hüququn qaydalarına, o cümlədən hücumlarda seçicilik, mütənasiblik və ehtiyat tədbirləri prinsiplərinə ciddi əməl edilməlidir. Bu qaydalara əməl edilməməsi müharibə cinayəti sayıla bilər". pizza mizza

Türk son 2 gündə baş verənləri dəhşətli adlandıraraq, onlara inanmağın mümkün olmadığını deyib: "Qəzzada təhlükəsiz yer yoxdur. Uşaqların, qadınların və kişilərin üzündəki ağrı, dəhşət və qorxu dözülməzdir. İnsanların özünə gələnə qədər daha nə qədər zorakılıq, qan və əzab lazımdır? Daha neçə mülki vətəndaş öldürüləcək? Buna son qoyulmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!