Qəzzada ölən jurnalistlərin sayı 61-ə çatdı 

saytların hazırlanması

Evə çatdırılma

Qəzzada ölən jurnalistlərin sayı 61-ə çatdı 

Dünya

02 Dekabr 2023 10:04 709


Fələstin-İsrail münaqişəsi nəticəsində Qəzza zolağında azı 61 jurnalist həlak olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb. 

“Dekabrın 1-nə olan məlumata görə, komitənin araşdırması nəticəsində məlum olub ki, oktyabrın 7-də münaqişə başlayandan bəri həlak olan 16 mindən çox insan arasında ən azı 61 jurnalist və media işçisi var”, - deyə məlumatda bildirilir.  pizza

Qeyd olunur ki, jurnalistlər də işlərində təqib, həbs və digər maneələrlə üzləşirlər. 

“İsrail qüvvələri xəbər agentliklərinə bildiriblər ki, onlar 7 günlük atəşkəsdən sonra hərbi əməliyyatların bərpa olunduğu Qəzza zolağında işləyən jurnalistlərin təhlükəsizliyinə təminat verə bilməzlər”, - bəyanatda deyilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!