Qırğızıstan rəhbərliyinə qarşı sui-qəsd hazırlayan azərbaycanlı dəstə tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstan rəhbərliyinə qarşı sui-qəsd hazırlayan azərbaycanlı dəstə tutuldu 

Kriminal

23 Mart 2024 14:23 35447


Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi ölkə rəhbərliyinə sui-qəsd hazırlamaqda şübhəli bilinən 5 nəfərin saxlanıldığını açıqlayıb. 

Qaynarinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Qırğızıstanın milli təhlükəsizlik orqanları transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan 5 Azərbaycan vətəndaşını saxlayıb: V.M.Əliyev, S.A.Bağırov, M.O.Əsgərov, M.S.Behbudov və Z.İ.Məmmədov", deyə idarədən bildirilib. Dominos pizza

Sui-qəsdin məqsədinin mütəşəkkil cinayətkar qrup üzvləri tərəfindən "kriminal mühiti gücləndirmək və oğruların ideologiyasını yaymaq, habelə onların statusunu artırmaq" olduğu bildirilir. Qeyd olunur ki, sui-qəsdin hazırlanmasına səbəblərdən biri xarici kriminal liderlərin narazılığına səbəb olan "dövlətin mütəşəkkil cinayətkar qruplara qarşı fəal mübarizə siyasəti" ilə tanış olmaması olub.

Martın 22-də Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilib, nəticədə adıçəkilən şəxslərin hamısı tutulub. Hazırda onların Qırğızıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Li chu Yong sin Vang
    Köynəklərini çıxarmaq şərt idi?
    2 years ago