Qırğızıstanda qrant “demokratiyası“ başa çatır -   Bişkek Kremlin təsir dairəsinə daxil olur

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstanda qrant “demokratiyası“ başa çatır - Bişkek Kremlin təsir dairəsinə daxil olur

Siyasət

13 Aprel 2021 16:32 886


"Qırğızıstanda qrant "demokratiyası" başa çatır. Qərb ölkələri yumuşaq və sərt təsir göstərən donorlar vasitəsi ilə bu ölkədə 20 ilə yaxın bir müddətdə ekspermentlər apardı. Nəzərə almadılar ki, bu ölkənin uzunmüddətli dövlətçilik ənənəsi (demokratiya ənənəsinin olmaması da öz yerində) və oturuşmuş idarəetmə institutları yoxdur. İstək bu idi ki, Mərkəzi Asiya ölkəsini Rusiyanın təsirindən çıxarıb öz forpostları etsinlər. Nəticə göz qabağındadır".

Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Sahib Məmmədov bildirib.

O qeyd edib ki, Qırğızstan indi daha çox Rusiyanın təsir dairəsinə daxil olur: pizza

"Həmçinin demokratiya oyunları da bitəcək yavaş-yavaş. Mən 2009-cu ildə Bişkekdə Karneqi fondunun dəvəti ilə əmək miqrasiyası ilə bağlı bir tədbirdə iştirak etmişdim (məruzəçi kimi). O zaman hər yerdə QHT və siyasi partiya ofisləri gözə çarpırdı. Hamısı xarici ölkələrdən layihələr almaq üçün yaradılmışdı. Onlar da son illərdə baş verən bütün destabilizasiyanın hərəkətverici və idarəedici qüvvəsi idi. Dünyadakı böyük güclər üçün belə eksperimentlər adi işdir. Alınsa yaxşı, alınmasa daha bir xalq (dövlət) xarabazara çevriləcək. İnsanlar səfalətə düçar olacaq, faciələr baş verəcək və sair. Sonrakı nəticə onları qətiyyən maraqlandırmır. Ümid edək ki, qardaş xalq bundan sonra stabilliyini saxlayacaq. Bacarsa həm də müstəqilliyini".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!