Qızılcaya yoluxma artır - TƏBİB-dən həyəcan təbili

Qızılcaya yoluxma artır - TƏBİB-dən həyəcan təbili

Sosial Veb saytların hazırlanması

01 Dekabr 2023 14:56 539


Hazırda Azərbaycan ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur. 

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova məlumat verib. 

TƏBİB rəsmisi deyib ki, yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır. 

O vurğulayıb ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir: “Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks göstəriş olan hallar da var". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!