Qızılcaya yoluxmada artım var - Səhiyyə Nazirliyi 

saytların hazırlanması

Evə çatdırılma

Qızılcaya yoluxmada artım var - Səhiyyə Nazirliyi 

Sosial

22 Dekabr 2023 14:44 536


Qızılcaya yoluxmada artım var - Səhiyyə Nazirliyi Son vaxtlarda qızılcaya yoluxma hallarının sayında artım var. 

Yenisabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov jurnalistlərə açıqlamasında deyib.

 O xatırladıb ki, Azərbaycan 2015-ci ildə qızılcanın endemik region olmadığı haqqında Ümumdünya Səhiyyə Təşkilatının verdiyi sənədə malikdir: "Yəni Azərbaycanda qızılcaya yoluxma halı başqa ölkədən gətirilmə ilə mümkündür. 2023-cü ilin aprel ayında Azərbaycanda yoluxma halları müşahidə olunmağa başladı. Lakin əhalinin ya xəstəliyi keçirmə, ya da peyvənd olunmaqla qazanılmış immuniteti varsa, bu zaman infeksiya başqa ölkədən gətirilsə belə, yoluxma olmamalıdır. Hazırkı yoluxma hallarının sayının artması isə onu göstərir ki, pandemiya dövründə və öndən əvvəlki dönəmdə peyvənddən əsassız yayınma halları olub". pizza hut

O bildirib ki, peyvənd təqviminə uyğun olaraq uşaqlar peyvənd olunarlarsa, yoluxma halları baş vermir: "Bu gün baş verən hallar müşahidə edilərkən görürük ki, onların böyük əksəriyyəti ya peyvənd almayanlardır, ya da bir dəfə peyvənd olunan şəxslərdirlər".

Təyyar Eyvazov deyib ki, qızılcaya qarşı həssaslığı aradan qaldırmağın əsas yolu peyvənddir: "Əhaliyə çağırış edərək demək istəyirəm ki, uşaqların sağlamlığını istəyirlərsə, onları qızılcaya qarşı vaksin almayıblarsa, peyvənd etdirsinlər. Bununla bağlı Səhiyyə Nazirliyi xüsusi təlimat buraxıb. Peyvənd işini aparan mütəxəssislərimiz də kifayət qədər məlumatlıdırlar. Hesab edirəm ki, bu istiqamətdə iş normal təşkil olunsa, düzgün aparılsa və həssas insanları əhatə etsə, biz yoluxma hallarının kəskin azaldığını müşahidə edəcəyik". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!