Qohumunun müavinət kartındakı pulu  ələ keçirən şəxs saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Qohumunun müavinət kartındakı pulu ələ keçirən şəxs saxlanılıb

Kriminal

22 Mart 2024 15:16 1186


Qohumunun müavinət kartındakı pulu onlayn yolla ələ keçirən şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı rayon sakini olan bir nəfərin bank kartından 350 manat oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Yardımlı Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, Cəlilabad rayon sakini Ə.Təhməzli müəyyən edilərək saxlanılıb. Sezar pizza

Onun həmin bank kartına aid məlumatları əldə etdikdən sonra mobil tətbiq vasitəsilə hesabdakı pulu oğurladığı müəyyən edilib.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!