İranın nüvə obyektlərindəki 20 müşahidə kamerasını söndürüb.
Yenisabah.az “Əl-Cəzirə”yə istinadla xəbər verir ki, bunu adı açıqlanmayan bir diplomat bildirib. O, Beynəlxalq Atom Enerjisi Agentliyinin IAEA rəhbəri Rafael Mariano Qrossiyə istinad edib.
"Qrossi deyir ki, İran 20 kamera və MAQATE-nin bir sıra müşahidə avadanlığını yığışdırıb, - deyə diplomat vurğulayıb. - O, İranın kameraları söndürmə hərəkətini təəssüf hissi ilə qarşılayıb və ölkənin nüvə proqramının dinc xarakter daşıması fikrinə zərbə hesab edir". Pepperoni pizza
Xatırladaq ki, İranın Atom Enerjisi Təşkilatı MAQATE-nin bəyanatında dair iyunun 8-də bəyanat verib: "İslam Respublikası indiyədək Beynəlxalq Atom Enerjisi Agentliyi ilə geniş əməkdaşlıq edib. Təəssüf ki, MAQATE bu əməkdaşlığı təqdir etməyib, hətta bir növ, əksini edib. Buna görə də, müvafiq orqanlar tərəfindən sifariş edilmiş "OLEM Qana" səth xətti ölçmə kamerasının və s. cihazların bu gündən etibarən işini dayandırmaq qərara alındı".
Bu addım Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının İran əleyhinə qəbul etdiyi qətnaməyə cavab olaraq atılıb. İyunun 8-də Rəhbərlər Şurası Almaniya, Fransa, İngiltərə və ABŞ-ın təqdim etdiyi anti-İran qətnaməsini qəbul edib. Qətnamənin lehinə 30 ölkənin nümayəndəsi, əleyhinə iki ölkə (Rusiya və Çin), üç ölkə (Hindistan, Liviya və Pakistan) isə bitərəf qalıb.
Telegram kanalımız