"İranın nüvə obyektlərində 27 kamera söndürülüb".
Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) baş direktoru Rafael Qrossi deyib.
Onun sözlərinə görə, bu qurumu İslam respublikasında işini davam etdirməsi üçün problem yaradacaq. pizza mizza
Qrossi bildirib: “Bu gün İranın nüvə obyektindən müşahidə kameralarını çıxarmaq qərarı ilə bağlı hesabat dərc edəcəyik. İranın nüvə sazişi ilə bağlı hazırkı vəziyyət hələ də gərgindir və həll yolu tapmaq üçün İran tərəfi ilə işləməyə davam edəcəyik”.
O əlavə edib ki, MAQATE kameraları Tehran, İsfahan, Nətənz və Xondabdakı obyektlərdə yerləşdirilib və onları çıxarmaq üçün vaxt lazımdır.
Agentlik rəhbərinin sözlərinə görə, İranın nüvə obyektlərində 40-a yaxın kamera qalacaq.
Telegram kanalımız