Qubad İbadoğluya yekun ittiham elan edildi 

saytların hazırlanması

Evə çatdırılma

Qubad İbadoğluya yekun ittiham elan edildi 

Kriminal

18 Aprel 2024 16:00 1089


Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Bəhruz Bayramov məlumat verib. 

Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib.  pizza sifarişi

Müdafiə tərəfi işlə tanış olub, vəsatətlərini verdikdən sonra toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək. 

Qeyd edək ki, professor Qubad İbadoğlu 9 ay əvvəl həbs edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!