Fərdi qaydada öz namizədliyimi irəli sürmək istəyirəm.
Bunu Modern.az-a açıqlamasında fəaliyyətini dayandırmış Aydınlar Partiyasının sədri olmuş Qulamhüseyn Əlibəyli bildirib.
“Növbədənkənar seçkilərin keçirilməsinin bir çox səbəbləri ola bilər. Bu, Azərbaycana qarşı təhlükələrlə, prezidentin yüksək reytinqə sahib olması ilə bağlı ola bilər. Seçkilərin erkən keçirilməsinə qərar vermək dövlət başçısının konstitusyon hüquqdur. Onu mübahisələndirmək üçün heç bir səbəb yoxdur. Yəni prezidentə seçkiləri erkən keçirmək üçün qərar vermə səlahiyyətini konstitusiya veriri. Seçkilərin niyə növbədənkənar olduğunu ən yaxşı prezident bilər. Hər halda bu seçkilər olacaq. Mən də fərdi qaydada öz namizədliyimiz təqdim etmək istəyirəm. Artıq mənim sənədlərim Mərkəzi Seçki Kommisyasındadır. Sonrakı məsələləri də müəyyənləşdirərəm”,-o, deyib. pizza sifarişi
Qeyd edək ki, Qulamhüseyn Əlibəyli Milli Məclisin deputatı olub. Qanuna görə 1995-ci ildən bu yana parlamentə seçilmiş şəxslərin, mövcud deputat maaşının 80 faizi həcmində təqaüd almaq hüququq var. Qulamhüseyn Əlibəyli bu il təqaüd yaşına girib.
Telegram kanalımız