Qurban Yetirmişli: “Heç özüm zəlzələni hiss etməmişəm” 

Qurban Yetirmişli: “Heç özüm zəlzələni hiss etməmişəm” 

Sosial Veb saytların hazırlanması

07 Dekabr 2023 12:34 347


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli dekabrın 7-də baş verən zəlzələni heç özünün də hiss etmədiyini bildirib. 

“Report”un məlumatına görə, o, bu gün keçirdiyi brifinqdə deyib, afterşoklar içərisində hiss olunanı ola bilər, amma qorxulu nəsə yoxdur: 

"Bu gün heç özüm zəlzələni hiss etməmişəm. Regionda olan əməkdaş zəlzələnin olduğunu zəng edib dedi. Dərhal çılçırağa baxdım, amma heç nə hiss etmədim". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!