Qusar bələdiyyəsinin sədri həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Qusar bələdiyyəsinin sədri həbs olundu

Kriminal

16 May 2024 16:55 1009


Qusar rayonunda baş vermiş ekoloji hüquqpozmalarla bağlı vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qusar rayonunda ekoloji hüquqpozmaların törədilməsi və digər qanun pozuntuları üzrə fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluqda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir. Marqarita pizza

İstintaqla Qusar bələdiyyəsinin sədri İbrahimov Əlfəddin Qeysəddin oğlunun vəzifə səlahiyyətlərini aşmaqla torpaq sahələrini qanunsuz olaraq satmasına, bilə-bilə qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Əlfəddin İbrahimov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessaul rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə tam və hərtərəfli istintaq aparılmaqla təqsirli şəxslərin dəqiq dairəsinin müəyyən olunması, eləcə də ibtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!