Qusarda polisə müqavimət göstərən terrorçunun fotosu yayıldıi

saytların hazırlanması

Evə çatdırılma

Qusarda polisə müqavimət göstərən terrorçunun fotosu yayıldıi

Kriminal

17 Dekabr 2024 13:44 677


Qusarda poilisə silahlı müqavimət göstərən şəxs məhv edilib. 

Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, məhv edilən şəxsin fotosunu əldə edib. 

Həmin fotonu təqdim edirik:  Toyuqlu pizza

Törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib. 

DİN-in mətbuat xidmətindən verilən məlumata görə 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətovu polis əməkdaşları zərərsizləşdirib. 

Radikal təriqətçi olduğu bildirilən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Alxas Şıxmətov kənd ərazisində silahla dolaşaraq insanları qorxuya salırmış. 

Alnında İŞİD bayrağı ilə gəzməsi isə kənd camaatını tamamilə təşvişə salıb. Sakinlərin şikayəti əsasında əməliyyat keçirən polisə qarşı Şıxmətov silahla müqavimət göstərib və vəziyyət nəzarətdən çıxmaq dərəcəsinə çatıb. 

Təhlükəli radikalçı sonda polis əməkdaşlarının müdaxiləsi ilə məhv edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!