BCM-nin Roma Statutunu ratifikasiya etmiş hər bir ölkə kimi Ermənistan da hüquqi suverenliyini itirir, bu, alçaldıcıdır.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov "Telegram" kanalında bildirib.
O qeyd edib: “Məhz buna görə həqiqətən suveren dövlətlər, o cümlədən Rusiya, ABŞ, Hindistan, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail, İran və başqaları BCM-ə qoşulmur”. Dominos pizza
Kosaçov vurğulayıb ki, bu ratifikasiya Rusiyaya qarşı açıq-aşkar qeyri-dost addımdır... Bu yolla Ermənistanın Azərbaycanla münaqişə zonasında iddia edilən hərbi cinayətlərin araşdırılması ilə bağlı məsələləri həll edə biləcəyinə inanmaq sadəlövhlükdür... Nəticə etibarı ilə, gələcəkdə bugünkü ratifikasiya qərarı Ermənistan hakimiyyətinin öz əleyhinə çıxa bilər”.
Telegram kanalımız