ReAL-ın təmsilçisi MSK-nın siyahısına salınmadı

saytların hazırlanması

Evə çatdırılma

ReAL-ın təmsilçisi MSK-nın siyahısına salınmadı

Siyasət

24 Aprel 2021 13:09 548


Parlamentdə azlıq təşkil edən siyasi partiyaların Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədlərinin siyahısı dəyişib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, ReAL Partiyasının namizədi Mətin Rəhimlinin adı siyahıda qeyd olunmayıb.

Sənədə Azərbaycan Demokratik Maarifçilik Partiyasının namizədi İlkin Şahbazovun adı daxil edilib. Dominos pizza

Qeyd edək ki, parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov

Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev

Azərbaycan Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı.

Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov

Ehtiyat üzv -Niyaməddin Orduxan.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!