Renkanın şikayətçi olduğu sürücü cəzalandırıldı - “Uber”dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Renkanın şikayətçi olduğu sürücü cəzalandırıldı - “Uber”dən açıqlama

Sosial

14 Avqust 2024 11:41 626


Xəbər verdiyimiz kimi, rəqqasə Rəna Ağamuradova (Renka) “Uber”dən sifariş verdiyi taksi sürücüsündən şikayətlənib. Buna səbəb sürücünün qışqıraraq və təhqirlər səsləndirməklə telefonda danışması olub. 

Video paylaşan rəqqasə bu sözləri qeyd edib: 

“Bu da "Uber" taksi. Bütün yolu qışqırıq, sonra da söyüş başladı. Telefonu söndürəndən sonra üzr də istəmədi”. Marqarita pizza

Sözügedən taksi şirkəti hadisəyə laqeyd qalmayıb.

Məsələ ilə bağlı “Uber” şirkətinin mətbuat xidmətindən Rüstəm Əzimov “Yeni Sabah”a açıqlama verib:

“Sürücünün bu cür davranışı yolverilməzdir və xidmət standartlarına uyğun gəlmir. Dəstək xidməti artıq operativ şəkildə sərnişinlə əlaqə saxlayıb və  partnyor servisin sürücüsünün sifarişlərə daxil olmasını əngəlləyib”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!