Rəşad Mahmudov polisi döyən deputatın əməlindən yazdı

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Mahmudov polisi döyən deputatın əməlindən yazdı

Siyasət

02 Avqust 2021 09:40 2702


"İnsan oğlunun buraxdığı səhvi başa düşməsi, eləcədə sonra üzr istəmək mədəniyyətini ortaya qoyması ərdəmlikdir, yaxşı mənada cəsarətdir".

Yenisabah.az-ın xəbərinə görə, bu barədə deputat Rəşad Mahmudov polisi döyən həmkarı Eldəniz Səlimovun sosial şəbəkədə yaydığı açıqlamaya şərhində bildirib.

"Fəaliyyətinizə qiymət vermək (seçicilərinizin haqqıdır) mənə düşməz. Məlum hadisəyə rəy və qərar bildirmək Milli Məclisin İntizam Komissiyası və Ədliyyə orqanlarının vəzifəsidir. Partiyamız adına da arzuolunmaz bir hadisədir deyə bilərəm. Amma mən şəxsim adına mərd, alicənab və vətənpərvər bir insan kimi sizi tanıdığıma çox şadam" - R.Mahmudov qeyd edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!