Rəsmi Moskvadan Paşinyanın qələbəsinə   REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Moskvadan Paşinyanın qələbəsinə REAKSİYA

Siyasət

22 İyun 2021 01:25 1643


Rusiya Ermənistandakı növbədənkənar parlament seçkisinin nəticələrinin ölkənin inkişafına və Moskva ilə gələcək əlaqələrin möhkəmləməsinə kömək olacağına ümid edir”.

Yenisabah.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Ümid edirik ki, qanunverici qeydiyyatdan sonra seçki prosesinin nəticələri Ermənistanın mütərəqqi inkişafına, Rusiya-Ermənistan münasibətlərinin daha da möhkəmlənməsinə, eyni zamanda bütün Cənubi Qafqaz bölgəsində sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasına öz töhfəsini verəcək, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının tam icrası yerinə yetiriləcək”, - deyə Zaxarova bildirib.  Marqarita pizza

Qeyd edək ki, Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkisinin qalibi Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş sazişi" partiyası olub. /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!