Roma Papası duaları onlayn etdi

saytların hazırlanması

Evə çatdırılma

Roma Papası duaları onlayn etdi

Dünya

03 Dekabr 2023 21:24 644


Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ənənəvi “Angelus” duasını iqamətgahının Müqəddəs Pyotr meydanına baxan pəncərəsindən deyil, ofisində kameralar qarşısında edib.

Yenisabah.az xəbər verir ki, Santa Martadakı iqamətgahından meydana toplaşan insanlara videobağlantı vasitəsilə müraciət edən Papa Fransisk səhhəti ilə əlaqədar duanı tam oxuya bilməyəcəyini deyib.

“Əziz bacılar və qardaşlar, mən bu gün də duanı tam oxuya bilməyəcəyəm. Səhhətim yaxşılaşır, lakin hələ də danışmaqda çətinlik çəkirəm”, - deyə katoliklərin ruhani lideri qeyd edib. pizza mizza

Roma Papasının müraciətini Müqəddəs Taxt-tacın dövlət katibliyinin nümayəndəsi monsenyor Paolo Braida oxuyub.

Papa Fransisk Yaxın Şərqdəki ciddi vəziyyətlə bağlı dərin kədərini ifadə edib, atəşkəs razılaşmasının dərhal bərpasına ümidvar olduğunu və Qəzzaya daha çox humanitar yardımın çatdırılmasının vacibliyini bildirib.

Qeyd edək ki, 86 yaşlı pontifik səhhəti ilə əlaqədar ötən həftə də Müqəddəs Pyotr meydanına toplaşan insanlara videobağlantı ilə müraciət etmişdi./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!