Roma Papası istefa verə bilər

saytların hazırlanması

Evə çatdırılma

Roma Papası istefa verə bilər

Dünya

07 İyun 2022 14:30 977


Papa Fransiskin istefa verəcəyi gözlənilir.

Yenisabah.az "Guardian"a istinadla xəbər verir ki, bu ehtimal mayın əvvəllərindən yayılıb.

85 yaşlı Papa Fransisk əlil arabasında ilk dəfə peyda olandan onun keçmiş katolik lideri XVI Benediktin yolu ilə getmək istəyə biləcəyi ilə bağlı dövriyəyyə fərziyyələr buraxılıb.  Marqarita pizza

Onun avqustun 27-də yeni kardinalları təyin etmək üçün Papa Senatını çağırmaq barədə qeyri-adi qərarından sonra fərziyyə daha da güclənib.

XVI Benedikt 8 il papa olub və 2013-cü il fevralın 28-də təqaüdə çıxdığını elan edərkən dünyanı şoka salıb və 600 ildə istefa verən ilk Papa olub. O, bir çox səyahətlərin tələb etdiyi ağır işi yerinə yetirmək qüdrətinə malik olmadığını o zaman açıq şəkildə bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!