Rumıniyada NATO-nun ən böyük Avropa bazası tikilir

saytların hazırlanması

Evə çatdırılma

Rumıniyada NATO-nun ən böyük Avropa bazası tikilir

Dünya

18 Mart 2024 13:25 603


Rumıniyada 10 min əsgər üçün nəzərdə tutulmuş Avropada ən böyük NATO bazasının tikintisinə başlanılıb.

Yenisabah.az Euronews-a istinadla xəbər verir ki, hərbi obyektin tikintisi 2,5 milyard dəyərində qiymətləndirilir.

Sahəsi 2,8 min hektar olan baza Qara dənizdəki Rumıniya limanından çox da uzaq olmayan Konstansa rayonunda yerləşir. Obyektin infrastrukturu Şimali Atlantika Alyansının mövcud bazası "Mihail Kogalniceanu" ətrafında qurulur. pizza mizza

Onun ərazisində uçuş-enmə zolaqları, təyyarələr üçün anqarlar, silah platformaları və mülki infrastruktur: məktəblər, uşaq bağçaları, xəstəxanalar və mağazalar yerləşəcək.

“Mihail Kogalniceanu" Ukrayna yaxınlığındakı  NATO-nun ən mühüm daimi hərbi strukturuna çevriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!