Rus əsgəri Ermənistanı tərk edəcək? -   “Paşinyanın əminliyi yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Rus əsgəri Ermənistanı tərk edəcək? - “Paşinyanın əminliyi yoxdur”

Siyasət

26 Oktyabr 2023 16:01 566


Milli Strateji Təhqiqatlar Mərkəzinin (MSTM) rəhbəri, politoloq Natiq Mirinin “Yeni Sabah”a müsahibəsi:

- Bu gün Rusiya və Ermənistana arasında ziddiyyətlər getdikcə dərinləşir. Nə baş verdi ki, köhnə müttəfiqlər düşmənə çevrildi?

- Rusiya münasibətlərdəki ziddiyyətlərə baxmayaraq, hələ də Ermənistandan vaz keçməyib. Bunu , Rusiya rəsmilərinin ehtiyatlı açıqlamaları da göstərir. Bişkekdə keçirilən MDB sammitinə Nikol Paşinyan getməsə də, Putin buna bəhanə tapdı. Əslində, bu, Nikol Paşinyanın deyil, əksinə, Aİ-nin, Qərbin Rusiyaya mesajı idi.  Sezar pizza

- Yəni Moskva hələ də İrəvan üçün qapını açıq qoyub?

Rusiya hər vəchlə çalışır ki, yenidən Ermənistanı öz orbitinə qaytarsın.

- Bəs Gümrüdəki Rusiya hərbi bazasının çıxarılması ilə bağlı bəyanat?

- Bu, tezliklə baş verməyəcək. Ermənistanın öncə KTMT-dən çıxması ilə bağlı müraciətinə ehtiyac var. Paşinyan hələ də Ermənistanın xarici siyasət prioritetinin Rusiyaolduğunu bəyan edir. Doğrudur, bu, yalandır, ancaq fakt budur ki, Ermənistan kəskin qərarlarla Rusiyanın orbitindən çıxmaq istəmir. Deməli, Nikol Paşinyan siyasi immunitetinin tam formalaşmadığını düşünür.

Doğrudur, Ermənistanda Nikol Paşinyan hökumətini qoruyacaq Qərb xüsusi xidmət orqanları mövcuddur. Amma Paşinyanın hələlik bununla bağlı əminliyi yoxdur. Bununla belə, Rusiyanın ən böyük itkisi erməni ictimai rəyidir. Əksəriyyət anti-Rusiya ovqatı ilə köklənib.

- Kreml hələ də İrəvanda hakimiyyət çevrilişinə gedə bilər?

Bəzən çoxları düşünür ki, Rusiya Ermənistanda Nikol Paşinyanı devirmək üçün guya düyməni basacaq. Bu, yanlış fikirdir, düyməyə çoxdan basılıb, sadəcə, Rusiyanın Ermənistan hökumətini devirməyə gücü çatmır. Rusiya əvvəlki gücdədeyil və Rusiya Ukrayna bataqlığında elə bir vəziyyətə gətirilib ki, artıq nəinki Ermənistanda, eləcə də geosiyasi maraqları olan digər bölgələrdə əvvəlki kimi aktiv fəaliyyət göstərə bilmir.  

Moskva sülhün guya yaxında olduğunu və Rusiyanın moderatorluğu ilə sazişinin imzalanmasını üzdə təşviq etmiş olsa da, səhnənin arxasında Kreml bu münasibətlərin kəskin olmasında maraqlıdır. Müharibədən sonra dəflərlə erməni ictimaiyyətinə açıq mətnlə bildirildi ki, bütün bəlalarınızın səbəbkarı Nikol Paşinyandır. Xalq ayağa qalxıb onu devirdimi? Yox. Bundan sonra da erməniləri ayağa qaldıra biləcək elə də güclü bir qayə qalmayıb. Rusiya müxtəlif səviyyələrdə Paşinyanı təhqir etməklə erməni xalqını ayağa qaldırmaq istəyir, amma nəticə sıfırdır. 

- Belə çıxır ki, Rusiyaya bağlı “Qarabağ klanı” başda olmaqla revanşist qüvvələr Paşinyan üçün potensial təhlükə deyil...

Onsuz da Ermənistanda rusiyapərəst “Qarabağ klanı” artıq iflas həddindədir. O, ana müxalifət statusunu da itirib. 

Proseslər kəskinləşməyə doğru gedir. Fransa ilə bağlanan hərbi əməkdaşlıq sazişi Rusiyanın qurduğu hava hücumundan müdafiə sistemini əvəz etməlidir. Gümrüdəki hərbi bazanın ləğvi ən son hadisə olacaq. Amma Ermənistan iqtisadi və ticari baxımından hələ də Rusiyadan asılıdır. Əgər qış aylarında qaz kəsilsə, yaxud Avropaya satılacaq qiymətdə verilsə, Ermənistan nə edəcək? Bu vəziyyət Paşinyan daha ehtiyatlı davranmağa vadar edir.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!