“Həm 30 il ərzində, həm də post-müharibə dövründə Qarabağdakı erməni separatçıların liderləri daima danışıqlardan kənarda saxlanılıb. Azərbaycan heç zaman münaqişənin həlli üçün onlarla bir masa arxasında əyləşməyib".
Yenisabah.az xəbər verir ki, bunu Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
O, sentyabrın 6-da Rusiyanın ATƏT-in Minsk qrupundakı yeni həmsədri İqor Xovayevin separatçı rejimin başçısı Arayik Arutyunyanla görüşünü şərh edib: pizza hut
"Paşinyan hakimiyyətə gəldikdən sonra Qarabağdakı separatçılar məsələsi daima gündəmdə oldu və bu, danışıqlar formatına, ümumilikdə, danışıqlara ciddi şəkildə təsir edib. Bundan sonra müharibə ehtimalı daha da güclənib. Nəticə etibarilə Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədrləri Paşinyanı bu yolla danışıqlar prosesinə xələl gətirməkdə günahlandırıblar. Nə üçtərəfli bəyanatda, nə də başqa hər hansı bir sənəddə Qarabağdakı separatçıların adı hallanır.
Gürcüstandakı Abxaziya və Osetiya, Moldovadakı Dnestryanı münaqişələrinə nəzər saldıqda görürük ki, orada separatçıların da imzası var. Üçtərəfli bəyanatda isə yalnız Azərbaycan, Rusiya və Ermənistan rəbərlərinin imzası var və bundan sonra qəbul ediləcək sənədlərdə də bu dövlətlərin imzasını görcəyik”.
Politoloq vurğulayıb ki, ATƏT-in həmsədr ölkələrini təmsil edən nüamayəndələrin Arayik Arutyunyanla görüşü bundan əvvəl də olub:
“Biz müxtəlif nümayəndələrin bir neçə dəfə onunla görüşünün şahidi olmuşuq, lakin bu görüşlər onsuz da nəticəsizdir, çünki Arayik Arutyunyan bu gün maşa rolunu oynayır, özü də təkcə Paşinyanın yox, həm də Rusiyanın maşası rolundadır. O çox gözəl bilir ki, Rusiyanın niyyəti heç də onun qondarma qurumunu müstəqil respublika kimi tanımaqdan ibarət deyil. Rusiyanın əsas məqsədi bölgədə dondurulmuş vəziyyətin uzun müddət qalması və de-fakto sülhməramlıların səlahiyyətinin uzadılmasıdır. Ona görə də erməni tərəfi bu kimi görüşlərlə nəyəsə ümidlənməsin.
Bundan sonra olacaqlar o istiqamətdədir ki, Azərbaycanla Ermənistan arasında ilkin mərhələdə demarkasiya və delimitasiya məsələləri həllini tapır, həmçinin Laçın dəlizi, Qarabağın dağlıq hissəsi ilə bağlı dialoq davam etdirilir. Artıq Qarabağın dağlıq hissəsi ilə bağlı proseslər nəinki Arutyunyan, heç Nikol Paşinyanla müzakirə edilmir. Odur ki, ermənilər bu kimi görüşlərlə özlərinə təsəlli vermək yerinə, tez zamanda özlərinə gəlsələr, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasının və münasibətlərin nizamlanmasının onlar üçün yeganə çıxış yolu olduğunu anlasalar, daha yaxşı olar”.
Sayad Həsənli
Telegram kanalımız