Rusiya ordusu Ukraynanın şimal vilayətlərini demək olar ki, tərk edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Rusiya hərbçiləri Ukraynanın hərbi və mülki obyektlərinə sistemli raket və hava zərbələrini davam etdirir, bununla yanaşı, yüksək dəqiqlikli silahlardan istifadə etməklə raket zərbələri və zərbələrin intensivliyi azalıb. Toyuqlu pizza
Volın istiqamətində düşmən qoşunlarının vəziyyətində və mövqeyində əhəmiyyətli dəyişikliklər qeyd olunmayıb.
Polesk istiqamətində qarşı tərəf hərbi bölmələri Belarus ərazisinə çəkməyə davam edir. Rusiya ordusu qoşunların çıxarılması zamanı irəliləmə yollarına və ayrı-ayrı yaşayış məntəqələrinə minalar yerləşdirir.
Telegram kanalımız