Rus ordusunun yeni planı: Xarkov, Mariupol və Kiyev...

saytların hazırlanması

Evə çatdırılma

Rus ordusunun yeni planı: Xarkov, Mariupol və Kiyev...

Dünya

11 Aprel 2022 07:14 1411


Ukrayna kəşfiyyatının məlumatlarına görə, Rusiya qoşunları Ukraynanın şərqində yenidən qruplaşır və bundan sonra onlar Xarkova doğru hərəkət etməyi planlaşdırırlar.
 

Bunu CNN telekanalına müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

O, Rusiya hərbçilərinin Xarkov vilayətinin İzyum rayonunda da yenidən qruplaşdığını bildirir.

"Onlar əvvəlcə Xarkova hücum etməyi planlaşdırırlar. Onlar Mariupolu bitirməyə çalışacaqlar və yalnız bundan sonra Kiyevə hücum etməyə cəhd edə bilərlər", - general bildirib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!