Sülhməramlılar Laçın dəhlizində təlimə başladı   - Əsas məqsəd PUA-larla mübarizədir

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlılar Laçın dəhlizində təlimə başladı - Əsas məqsəd PUA-larla mübarizədir

Siyasət

30 Avqust 2021 11:34 5116


Rusiya sülhməramlıları Laçın dəhlizində təlim keçiriblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim simulyasiya edilmiş düşmənin pilotsuz təyyarələrindən istifadə edərək mümkün pozuntuların qarşısını almaq, müşahidə məntəqələrində təhlükəsizliyi təmin etmək məqsədi daşıyıb. pizza sifarişi

Nazirliyin məlumatında bildirilir ki, məşğələlər 6 təlim məntəqəsində keçirilib: “Təlim zamanı hərbi qulluqçular yeni taktiki fəndlər və yerləşmə ərazisindən çıxış zamanı yeni fəaliyyətlər icra ediblər. Bundan əlavə, şərti pozucunun blokadaya alınması və təyin olunmuş hüdudlara ərazinin relyefindən istifadə etməklə gizlicə manevr edərək çıxış məşq edilib”.

Hərbi təlimdə əsas vəzifələrdən biri qapalı rabitə kanalları vasitəsi ilə Rusiya sülhməramlı kontingentinin komandanlıq məntəqəsinə məlumat ötürülməsi ilə müşahidə məntəqəsinin məsul olduğu ərazidə pilotsuz uçuş aparatını (PUA) aşkar etmək tapşırıqlarının yerinə yetirilməsi olub.

Rusiya sülhməramlı kontingentinin sözçüsü Vladislav Vorobyov bildirib: "Müşahidə məntəqəsinin şəxsi heyəti döyüşə hazırlıq səviyyəsini yüksəltmək üçün tədbirlər hazırlayıb”.

Vorobyov əlavə edib ki, hazırda sülhməramlılar 27 müşahidə məntəqəsində rus sülhməramlıları gecə-gündüz vəziyyətin monitorinqini və atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • shahin
    Sual olunur nəyə ğörə pilotsuz uçuş aparatları ilə mübarizə çünki bu müharibə dövründə düşmənin yaralı yeri idi.
    5 years ago
  • Anar
    Bunlar bura təlim keçməyə gelibler yoxsa Ermenilere xidmət etməyə?
    5 years ago