Rusiyada arzuolunmaz olan xarici QHT-lərin siyahısı və xarici agentlərin reyestri MDB dövlətlərinə çatdırılacaq.
Yenisabah.az Interfax-a istinadla xəbərt verir ki, bunu Rusiyanın Dövlət Dumasının komissiya sədri Vasili Piskaryov bildirib.
Siyahı MDB Parlamentlərarası Assambleyasındakı tərəfdaşlara veriləcək. Siyahıya "Rusiyada arzuolunmaz və dövlətin təhlükəsizliyinə təhdid yaradan" 110 xarici QHT daxildir. Dördpendirli pizza
“Birlik ölkələrinin parlamentarilərinin prioritet vəzifəsi xarici müdaxilə cəhdlərinə birgə qarşı çıxmaqdır”, - deyə deputat izah edib.
Onun fikrincə, “Avrasiya məkanında təhdidlərin ümumiliyini nəzərə alsaq, bizim ötürdüyümüz məlumatlar MDB-nin hər bir dövlətində, o cümlədən seçkilər zamanı vəziyyətin sabitliyini pozmaq üçün xarici kəşfiyyat xidmətlərinin işini boğmağa kömək edə bilər”.
Sənədlər oktyabrın 12-də Sankt-Peterburqda açıqlanacaq.
Telegram kanalımız