"Ukraynada əkin-səpin işlərinin baş tutmaması, infrastruktun dağıdılması ərzaq böhranının yaradılması qəsdən törədilən təxribatdır. Rusiya aclıqdan sadə insanlara qarşı silah və hökmranlıq vasitəsi kimi istifadə edir".
Yenisabah.az xəbər verir ki, bunu İrlandiya parlamentində video çıxışı zamanı prezident Volodimir Zelenski deyib.
O, Ukraynanın dünya ərzaq bazarında aparıcı ölkələrdən biri olduğunu vurğulayıb: Pepperoni pizza
"İxracımız olmasa, bu, sadəcə olaraq kəsir deyil, Afrika və Asiyanın ondan çox ölkəsi üçün aclıq təhlükəsidir. Çünki məhsullarda qıtlıq yaranacaq və qiymətlər xeyli yüksələcək. Bu, faktdır".
Ukrayna prezidenti qeyd edib ki, Şimali Afrikada və Asiyanın bəzi bölgələrində milyonlarla yoxsul üçün ailələrini dolandırmaq daha da çətin olacaq.
"Bəs bu böhran nəticəsində nə baş verəcək? Ən azı siyasi təlatüm. Ən çox - zorakılıq. Qeyri-sabitliyin ənənəvi hal aldığı regionlarda sadəcə olaraq sağ qalmağın yolları axtarılacaq, eyni zamanda, yeni kütləvi qaçqın axını olacaq. Rusiya xalqımıza qarşı müharibənin ilk günlərindən aclıqdan istifadə edir. Ən pisi Mariupoldadır”, - deyə Zelenski qeyd edib.
O bildirib ki, yarım milyon əhalisi olan şəhər bir aydan çox əvvəl rus qoşunları tərəfindən tamamilə mühasirəyə alınıb.
"Həm qurudan, həm də dənizdən girişi bağlayıblar. Ərzaq, su, dərman gətirməyə imkan vermirlər”, - deyə Zelenski vurğulayıb.
Telegram kanalımız