Rusiya Ali Məhkəməsi “Beynəlxalq LGBT ictimai hərəkatı”nın fəaliyyətini qadağan etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ali Məhkəməsi “Beynəlxalq LGBT ictimai hərəkatı”nın fəaliyyətini qadağan etdi

Dünya

01 Dekabr 2023 00:29 592


Rusiya Ali Məhkəməsi “Beynəlxalq LGBT ictimai hərəkatı” adlandırdığı təşkilatı ekstremist təşkilat elan edib və ölkə daxilində fəaliyyətini qadağan edib.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, son illərdə Rusiyanın LGBT icması hakimiyyətin artan təzyiqinə məruz qalır.

2013-cü ildə “yetkinlik yaşına çatmayanlar arasında qeyri-ənənəvi cinsi əlaqənin təbliğatını” qadağan edən qanun qəbul edildi. Pepperoni pizza

Bildirilib ki, ötən il həmin məhdudiyyətlər Rusiyada bütün yaş qruplarına şamil edilib.

Hakim “Vahid Rusiya” partiyasından olan homofob deputat Vitali Milonov LGBT qruplarına qoyulan qadağanın “cinsi azlıqlara və ya ayrı-ayrı şəxslərin şəxsi həyatına aid olmadığını” deyib.

“Bu, daha çox bu LGBT beynəlxalq hərəkatının elan etdiyi siyasi gündəmə aiddir.  Onların öz vəzifələri, öz məqsədləri var. Onlar siyasi qüvvə, siyasi struktur kimi fəaliyyət göstərirlər və bu strukturun məqsədləri Rusiya Konstitusiyasına ziddir”.

Xatırladaq ki, Rusiyada LGBT-yə tam qadağa fonunda mavi rəngsiz göy qurşağı, hər cür tematik zolaqlar, geyimlərdə döş nişanları, həmçinin paradlar, yürüşlər, mitinqlər və mövzulu şənliklər qanun pozuntusu hesab olunacaq

Qanunun pozulmasına görə 12 ilə qədər həbs cəzası gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!