"Rusiya Federasiyası Türkiyəni Suriyanın şimalında vəziyyəti gərginləşdirəcək addımlar atmaqdan çəkinməyə çağırır".
Yenisabaha.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Türk tərəfdaşlarımızı gərginliyin təhlükəli artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq. Biz bu mövqedən çıxış edirik ki, Suriyanın qanuni hakimiyyətinin razılığı olmadan hərbi əməliyyatlar suverenliyin, ərazi bütövlüyünün pozulması deməkdir”, - deyə Zaxarova brifinq zamanı vurğulayıb. pizza hut
Bundan əvvəl Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Ankaranın Suriyanın şimalında yeni hərbi əməliyyata hazır olduğunu, hər an başlaya biləcəyini bildirmişdi.
Telegram kanalımız