2021-ci ildən Rusiyadan silah almağa çalışdıq, müqavilələr bağladıq, bu islahatları birgə həyata keçirmək üçün Rusiya ilə hərtərəfli ordu islahatı konsepsiyası hazırladıq, amma əvəzində may-noyabr aylarında Ermənistana hücumlar edildi, Rusiya bizə silah vermədi. Lazımi silahları üçün yeni tərəfdaşlar axtarmağa başladıq.
Yenisabah.az xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, təhlükəsizlik sahəsində əməkdaşlığın şaxələndirilməsi tələbi obyektivdir: pizza sifarişi
“2020-ci ildə Ermənistanın bütün hərbi-texniki əməkdaşlığı Rusiya ilə olub. 2021-ci ilin yanvarından indiyədək müxtəlif ölkələrlə bir neçə milyard dollarlıq müqavilələr bağlamışıq, lakin Rusiyanın onların arasında payı 10%-dən azdır.
Eyni zamanda, Ukraynadakı müharibə və bununla əlaqədar təchizat çatışmazlığı tez-tez xatırlanır, lakin bu müqavilələr 2021-ci ilin əvvəlində imzalanıb, ona əsasən silahı almamışıq. Bu, Rusiyanın seçimi idi. Tərəfdaşlarımızı şaxələndirməli və yenilərini axtarmalı olduq. Bu tərəfdaşlar arasında Hindistan, bu yaxınlarda Fransa, müxtəlif Aİ ölkələri var. Bir çox başqa ölkələrlə işləməyə başlamışıq”.
Telegram kanalımız