Rusiya Braziliyadan Qərbin sanksiyalarına qarşı mübarizədə dəstək istəyib.
Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, Rusiyanın maliyyə naziri Anton Siluanov Braziliyanın iqtisadiyyat naziri Paolo Guedesə məktub yazıb.
O, ittiham edən beynəlxalq maliyyə qurumlarında və forumlarda Rusiyanı müdafiə etməyi xahiş edib. Marqarita pizza
Siluanov yazıb ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Rusiyanı qərarların qəbulu prosesindən kənarlaşdırmaq və hətta onu bu qurumlardan qovmaq üçün pərdəarxası səylər göstərir.
Braziliya İqtisadiyyat Nazirliyinin təmsilçisi Orivaldo Qomez məktubla bağlı suala cavab olaraq deyib: “Braziliya Rusiyanın çoxtərəfli təşkilatlarda qalmasını istəyir. Bizcə, açıq dialoq imkanını saxlamaq lazımdır".
Telegram kanalımız