Rusiya bu ölkələrin yük maşınlarının girişinə qoyulan qadağanı uzatdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya bu ölkələrin yük maşınlarının girişinə qoyulan qadağanı uzatdı

Dünya

25 Dekabr 2023 21:22 1062


Rusiyanın Avropa İttifaqı (Aİ), Böyük Britaniya, Norveç və Ukraynadan olan yük maşınlarına 2022-ci ildən tətbiq etdiyi ölkəyə giriş qadağası uzadılıb.

Yenisabah.az xəbər verir ki, Rusiya hökumətinin təyin etdiyi müddətin uzadılması qərarı Aİ-nin Rusiya və Belarus nömrəli yük maşınlarını öz ərazisinə buraxmamaq qərarına cavab olaraq qəbul edilib.

Hökumətin verdiyi açıqlamada, qadağa məhdudiyyətin həyata keçirilməsinə səbəb olan hallar aradan qaldırılana qədər qüvvədə olacaq. Dominos pizza

Qadağanın tətbiq olunmadığı istisnalara poçt göndərişləri, diplomatik poçt və humanitar yardım daşımaları daxildir. Bundan əlavə, yükdaşıyan nəqliyyat vasitələri arasında texniki dəstək göstərənlər, idman tədbirlərinə avadanlıq və idman vasitələri daşıyanlar da məhdudiyyətdən azaddırlar.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!