Martın 22-də “Krokus Siti Holl”da törədilən terror aktında şübhəli bilinən və Bryansk vilayətində saxlanılan dörd nəfərin heç birinin Rusiya vətəndaşlığı yoxdur.
Bakupost.az Rusiya Teleqram kanallarına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi bildirib.
Bundan əvvəl bir sıra Rusiya KİV-ləri və teleqram kanalları dörd terrorçunun hamısının Rusiya Federasiyasının vətəndaşları olduğunu iddia edib. Sezar pizza
Telegram kanalımız