Rusiya FHN Türkiyəyə 2 təyyarə göndərir

Rusiya FHN Türkiyəyə 2 təyyarə göndərir

Dünya

06 Fevral 2023 11:58 430


Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi zəlzələ ilə əlaqədar 2 təyyarəsini Türkiyəyə göndərəcək.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, FHN fevralın 6-na keçən gecə Türkiyənin Qaziantep vilayətində baş vermiş genişmiqyaslı zəlzələnin nəticələrinin aradan qaldırılmasına köməklik göstərmək üçün xilasedicilər göndərməyə hazırdır.

Fevralın 6-na keçən gecə Türkiyədə də 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kahramanmaraşın Pazarçik rayonu olub. Yeraltı təkanlar Adana, Ankara, Antalya, Kayseri, Mersin, Trabzon və Urfada da hiss olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!